Tədqiqat

Hİstənilən ölçmə hər şeydən əvvəl bir vasitədir. Reklam investisiyalarının effektivliyinin qiymətləndirilməsi vasitəsi.

Praktikada auditoriyanın ölçülməsi televizora baxan zaman hansı fikrin yarandığı, nəyə qiymət və üstünlük verildiyi, bundan başqa, məhsullar və müxtəlif xidmət növlərindən faktiki və potensial istifadə haqqında məlumat almaq üçün əhali arasında hədəf auditoriyaya müraciət yolu ilə müxtəlif metodlarla sorğu aparılması yolu ilə yerinə yetirilir.

Məlumatların alınması üsulundan asılı olaraq media araşdırmaları aşağıdakı kimi bölünürlər:

Sorğu Respondentə müsahibə, anket, telefon zəngi yolu ilə suallar verilir. Belə sorğu müsahibə götürənin iştirakı ilə keçirilir, bu isə məlumatların alınması zamanı insan faktorunun səbəb olacağı səhv buraxılması ehtimalını yaradır. İkinci xəta faktoru odur ki, sorğu müəyyən zaman kəsiyinə görə aparılır, efir boyu televizor izləmək dinamikası nəzərdən keçirilmir. Teleauditoriyanın analizinin bu metodunun əsas mənfi cəhəti – o, müəyyən zaman kəsiyində televizora real baxışı yox, sadəcə kanal və veriliş haqqında məlumatlılıq səviyyəsini göstərir.

Gündəlik Araşdırma iştirakçılarına hər həftə yeni bir gündəlik verilir, respondentlər bu gündəlikdə baxdıqları telekanalları qeyd edirlər. Həftədə bir dəfə kuryer doldurulmuş gündəliyi götürür, sonra qeyd olunmuş məlumat araşdırılır. Bu metodu xüsusi olaraq qeyd etmək lazımdır, çünki, gündəliyin doldurulmasında müsahibə götürən iştirak etmir, respondent özü müəyyən müddətdən bir gündəlikdə qeydlərini edir. Əsas mənfi cəhətləri – məlumatın daxil edilməsində buraxılan səhvlərə, xüsusən dəqiqlik və 15 dəqiqəlik intervalın gözlənilməsi ilə bağlı xətalara təsir edən insan faktoru; ölçmələrin diskretliyi – cihaz tətbiqi ilə araşdırma zamanı məlumat hər saniyə oxunur və bir dəqiqədən bir analiz edilir, gündəlik metodu ilə araşdırma isə yalnız 15 dəqiqə interval ilə televizor izlənməsini analiz etmək imkanı verir.

Cihaz Sorğu prosesi insan faktoru – müsahibə götürən olmadan keçririlir. Respondent məlumatı real vaxt rejimində oxuyan cihazla təmasda olur. Məlumatlar hər saniyədən bir oxunur, tez-tez kanal dəyişdiyinə görə keyfiyyətsiz məlumat verən respondentlərin sayını minimuma endirmək məqsədi ilə son istifadəçinin analizi üçün dəqiqələrə bölünməklə verilirlər. Digər üsullardan fərqli olaraq, bu üsul hazırki televizor izləmək göstəricisinə ən uyğun və dəqiq məlumatı Dinamikada göstərməyə imkan verir. Moldovada cihaz üsulu ilə teleauditoriyanın ölçülməsi “AGB Nielsen Media Research” şirkətinin rəsmi nümayəndəsi TV MR AZ şirkəti tərəfindən təklif edilir.

Artıq onilliklərdir ki, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə bu üsula üstünlük verilir. Məsələ ondadır ki, gündəlik və sorğu üsulu məlumat toplanmasının keyfiyyəti və dəqiqliyi ilə bağlı artan tələblərə tam cavab vermirdilər. Bu üsullarla yalnız təxmini məlumat əldə etmək olurdu. Ancaq elektron ölçü sistemləri nəinki telekanal və ya bir verilişin, hətta hər bir reklam çarxının tamaşaçı auditoriyasını ən yüksək dəqiqliklə ölçmək imkanı verirlər.

Televiziya yayımı fasiləsiz prosesdir. Ona görə də, onun ölçülməsi üçün fasiləsiz araşdırma aparılması məqsədəuyğundur. Əlbəttə, dövri və hətta birdəfəlik araşdırmalar da aparılırlar. Lakin, praktikada onlardan çox az, əsasən sifariş əsasında, auditoriyanın daimi verilişlər, rubrikalar, istehlak məhsulları və ya xidmətlər haqqında məlumatı olduğunu dəqiqləşdirmək məqsədi ilə istifadə edilir. Məlumdur ki, hətta belə hadisələrdə də reytinq mövzu, məzmun və s. asılı olaraq çox ciddi dəyişir.

Televizora qoşulmuş xüsusi сihazlar vasitəsi ilə ölçmə daha dəqiq və daha etibarlıdır.

Əsas üstünlükləri:

Məlumatın qəbulu və işlənməsi müstəqil elektron sistemi – respondentin səhv etmək ehtimalı çox aşağıdır, çünki o, gündəlikdə qeydlər aparmır, suallara cavab vermir, yalnız televizor izləməyə başlayanda cihazın uzaqdan idarə etmə pultunda müvafiq düyməni basır.

Məlumatların dəqiqliyi – cihaz üsulu ilə məlumat minimal diskretliklə oxunur ki, bu da ölçmələrin dəqiqliyini maksimal dərəcədə artırır. Bir daha qeyd edək ki, piplmetr 1 san / 1 dəq dəqiqliklə, gündəlik – təxminən 15 dəq dəqiqliklə məlumat təqdim edir, sorğu zamanı isə bir zaman kəsiyi əsas götürülür.

Məlumatların real televizor izlənməsinə uyğunluğu – aparat səviyyəsində məlumatın oxunması real vaxt rejimində televizor izləyən zaman baş verir.

Operativlik – məlumatlar gündəlik üsulu ilə araşdırma zamanı olduğu kimi hər həftə, və ya sorğular kimi hərdənbir və ya bir dəfə yox, daha operativ – hər gün toplanır və işlənir.

Beləliklə, ən müasir və qabaqcıl texnologiyalardan istifadə edilməklə qurulmuş piplmetr paneli keyfiyyətli araşdırmanı təmin etməklə yanaşı televizor izlənməsi haqqında ən adekvat məlumat təqdim edir.

Həmçinin oxuyun: