Televiziya auditoriyasının ölçülməsi

Əvvəllər televiziya sistemimizdə telekanalların tamaşaçı uğrunda rəqabət aparması nəzərdə tutulmamışdı, ona görə də, auditoriyanın dəqiq sosioloji araşdırmasının apaılmasına ehtiyac duyulmurdu. Lakin, televiziyanın kommersiyalaşması ilə gündəmə yeni şərtlər gəldi. Tamaşaçılara növbəti televiziya məhsulu təqdim etməklə telekanallar bilərəkdən özünəməxsus bir turnirin iştirakçısına çevrilirlər. Turnirin qalibinin mükafatı isə rəqibdən alınmış auditoriyanın bir neçə faizlik hissəsidir. Tədqiqat şirkətlərinin məlumatları televiziya tamaşaçılarının rəğbətinin göstəricisidir.

Azərbaycanda The Nielsen Company nin rəsmi nümayəndəsi qismində “TV MR AZ” şirkətinin peyda olmasına qədər televiziya bazarının tədqiqində ixtisaslaşan yerli şirkətlər yox idi və 1 yanvar 2005 –ci il tarixindən etibarən Azərbaycan media bazarı şirkətin təklif etdiyi “piplmetr” (people-meter) adlanan cihazdan istifadə edərək teleauditoriyanın elektron ölçü metodunu tam şəkildə qiymətləndirə bildi:

  • Vaxt
  • Televizor elektrik şəbəkəsinə qoşuludur / qoşulu deyil
  • Tənzimlənmiş kanal
  • Ailə üzvlərinə görə individual yanaşma

Ailənin hər bir üzvünün nəyə baxdığı haqqında məlumat piplmetrlə birlikdə təchiz edilən uzaqdan idarə etmə pultunun üstündəki müvafiq düyməni basmaqla yazılır.

The Nielsen Company tərəfindən istifadə olunan ölçü sisteminin özü bir neçə mərhələdən ibarətdir (şəkil. 1):

Puc. 1. Система измерения

  1.  İstiqamətverici araşdırma – bu mərhələdə bütün ailə tiplərini əks etdirən məlumat bazasının hazırlanması baş verir. Bu bazadan daha sonra piplmetr panelinin iştirakçıları seçilirlər.
  2. Panel – İstiqamətverici araşdırmanın nəticələrinə əsaslanaraq əhalinin televizor izləmə nöqteyi-nəzərindən ən vacib xüsusiyyətlərinin əks olunmasını zəmanət altına alan statistik dizayn əsasında seçilən ailələrin sayıdır.
  3.  Ailədə piplmetrin quraşdırılması.
  4. İki müxtəlif mənbələrdən TV siqnalın yazılması.
  5. Televiziya verilişlərinin monitorinqi – telekanalların yayımının videoyazısının emalı haqqında məlumatlar Pollux-ə ötürülür və həmin televiziya baxışı ilə dəqiq müqayisə edilir.
  6. Məlumatların toplanması – hər gecə yığılmış məlumatlar Istehsal proqram təminatı vasitəsilə toplanır.
  7. Məlumatın ötürülməsi səssiz olaraq adi telefon xətləri və ya mobil rabitə sistemi vasitəsi ilə yerinə yetirilir.
  8. . İstehsal proqram təminatı Pollux ilə televizor izləmə haqqında məlumatların toplanması, deşifrələnməsi və keyfiyyətin yoxlanması işləri yerinə yetirlir və görülən iş yoxlanır.
  9. Teleauditoriyanın ölçülməsi nəticəsində əldə edilən məlumatın son istifadəsi – telekanalların nümayəndələri hər səhər elektron poçt vasitəsi ilə əvvəlki gün üçün panelin bütün sahələri üzrə məlumat alırlar, reklam monitorinqi haqqında məlumat isə hər həftənin çərşənbə axşamı günü əvvəlki həftə üçün auditoriya üzrə son məlumat ilə birlikdə təqdim edilir.

  The Nielsen Company tərəfindən hazırlanmış ARİANNA tətbiqi proqramının köməyi ilə bu məlumatların təhlili və öyrənilməsi aparılır.